Mumbayda ölənlərin sayı 33-ə çatdı

mumbayda-olenlerin-sayi-33-e-catdi
Oxunma sayı: 1192

Hindistanın Mumbay şəhərində musson yağışları səbəbindən binaların çökməsi nəticəsində ölənlərin sayı 33-ə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət bölgəsində xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı istisna edilmir. Bundan əvvəl İndia TV 24 nəfərin öldüyünü elan etmişdi.

Meteoroloqların məlumatına görə, keçən şənbə axşamından bazar səhərinədək təxminən 200 mm yağıntı qeydə alınıb. Leysan yağışları şəhərin alçaq ərazilərində güclü daşqına səbəb olub. Daşqınlar Çembur, Vihroli, Bhandpur rayonlarında binaların uçmasına səbəb olub.