Münaqişə etdiyi həmyerlisini döyüb öldürdü

munaqise-etdiyi-hemyerlisini-doyub-oldurdu
Oxunma sayı: 1232

Avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.