“Münasibətlər qarşılıqlı etimad və hörmət üzərində qurulub”

munasibetler-qarsiliqli-etimad-ve-hormet-uzerinde-qurulub
Oxunma sayı: 1478

“Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi və bir gün sonra Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlişi həm ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi, həm də dünyaya ünvanlanan mesajlar baxımından xüsusi diqqət çəkir.  44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə, həmçinin Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının nümunəsini gördü. Azərbaycanın küçə və meydanlarında üç dost ölkənin bayraqları birgə dalğalandı və bu gün də dalğalanır. Bu qardaşlıq telləri tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, ölkəmizin inkişafı, tərəqqisi Pakistanın Baş nazirində dərin təəssürat yaratdı və gördüyü reallıqları İlham Əliyevin  liderliyinin və bu illər ərzində göstərdiyi dinamik səylərin göstəricisi kimi dəyərləndirdi.

Deputat onu da vurğulayıb ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, müdafiə, təhsil sahələrində əlaqələrin mövcud vəziyyəti geniş təhlil edilərək əmkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanların mövcudluğu qeyd edildi.

Deputat belə bir ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimiz Azərbycanın qarşısında geniş imkanlar yaradır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizə dəstək günbəgün artır.