“Münasibətlərin normallaşması Rusiya üçün prioritetdir”

munasibetlerin-normallasmasi-rusiya-ucun-prioritetdir
Oxunma sayı: 1409

“Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mədəni-mənəvi yaxınlıq, xalqlar arasında sıx dostluq əlaqələri bağlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in ötən ilin yekunları ilə bağlı mətbuat konfransına media tərəfindən göndərilən suallara cavabda bildirilib.

Qeyd olunub ki, Rusiya Cənubi Qafqazın sabitliyi və çiçəklənməsində maraqlıdır:

“Biz regionda yığılıb qalmış münaqişə potensialının aradan qaldırılması istiqamətində intensiv işləyirik. Bu xüsusda, prioritet tapşırıqlardan biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bunların əsasını isə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğurlu olması ümumilikdə bu üçtərəfli razılaşmalara dəqiqliklə riayət olunmasından asılıdır”.