Münhendə turistlərin avtobusu yandı - 17 ölü, 31 yaralı var

munhende-turistlerin-avtobusu-yandi
Oxunma sayı: 868

Almaniyanın Münhen şəhəri yaxınlığında turistləri daşıyan avtobus yük avtomobili ilə toqquşub.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, qəzadan sonra avtobus alovlanıb.

Hadisə yerinə 200 yanğınsöndürən və xilasedici cəlb edilsə də yanğını söndürmək mümkün olmayıb. Alov yük avtomobilinə də keçib və hər iki maşın yanaraq külə dönüb. Hadisə zamanı 17 nəfər ölüb, 31 nəfər də yaralanıb.

Almaniya kansleri Angela Merkel qəzadan sonra ölən və yaralananların yaxınlarına baş sağlığı verib.