Münhenə getmək üçün son döyüş

munhene-getmek-ucun-son-doyus
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Real Madrid” “Bavariya”nı qəbul edəcək.
İlk oyunda minimal hesabla məğlub olan “kral klubu” səfərdə 1 top vurduğuna görə şansını artırıb. Cavab görüşündə madridlilərin 1:0 hesablı qələbə də qane edir. “Bavariya” isə finala çıxmaq üçün ikiqat motivasiyaya malikdir. Belə ki, final matçı Münhendə, “Bayern”in ev oyunlarını keçirdiyi “Alyans Arena”da baş tutacaq.
Qeyd edək ki, ilk finalçı dünən müəyyənləşib. “Çelsi” “Barselona”nı iki oyunun nəticəsində üstələyərək həlledici oyuna vəsiqə qazanıb.

17 aprel
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları
"Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) (ilk oyun - 1:2)

Ceyhun Əhmədov