“Müqaviləm bitib, amma...” - Juninyo

muqavilem-bitib-amma
Oxunma sayı: 859

“Kəpəz”dən ayrıldığı deyilən Junior Martins (Juninyo) məsələ bağlı açıqlama verib. “Qafqazinfo”ya danışan təcrübəli yarımmüdafiəçi müqaviləsinin bitdiyini deyib. 

O bildirib ki, “Kəpəz”lə yeni müqavilə üçün danışıqlar aparır: “Mənim komanda ilə müqaviləm başa çatıb. Hazırda “Kəpəz”lə yeni müqavilə üçün danışıqlar aparırıq. Yeni müqavilə imzalamağım mümkündür”.