“Müqaviləsi olmayan və işini itirənlərə də yardım ediləcək”

muqavilesi-olmayan-ve-isini-itirenlere-de-yardim-edilecek
Oxunma sayı: 2725

“Tədbirlər planı 4 ana istiqamətdədir. 910 min insan dövlət sektorunda işləyir, onların hər biri bu paketdən yararlanacaq”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

O qeyd edib ki, işçilərin bir qismi əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilib: “Özəl sektorda martın 23-nə olan məlumata görə, 660 min insan çalışır. Biz işəgötürənlərlə də danışdıq. Son günlər əmək müqavilələrində ciddi artım oldu. Bu günə kimi bu tədbirlər qeyri-neft sektorunda çalışan 690 min insanı əhatə edib. Əmək müqaviləsi olmadan çalışan və pandemiyaya görə işini itirən şəxslərə də yardım ediləcək. Ötən il 100 mindən artıq işsiz şəxs qeydiyyata alınıb”.