“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2018-ci ildə bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı çoxsaylı müraciətlər daxil olub.
“Qafqazinfo” xəbər verir ki, hesabat ilində bu mərkəzlərdə fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 83250 müraciət edilib. Müqayisə üçün qeyd edək ki, bu, 2017-ci ilin müvafiq göstəricindən 51 faiz çoxdur. 2018-ci ildə daxil olmuş müraciətlərin 35466-ı “ASAN xidmət”, 44784-ü isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Ötən il vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi məsələləri bağlı müraciətlər edib.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.
.jpg)

Son xəbərlər
Son Xəbərlər