Murad 7 dəfə estetik əməliyyat etdirib

murad-7-defe-estetik-emeliyyat-etdirib
Oxunma sayı: 2024

Türkiyənin məşhur müğənnisi Murad Dalkılıç 7 dəfə estetik əməliyyat etdirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, “İbrahim Səlimlə bu gecə” proqramında danışıb.

“Plastik cərrahlara dəfələrlə müraciət etmişəm. Dəqiq sayını deyim, yeddi dəfə… Məktəb illərindən bəri burnumu estetik etdirirəm. Bir problem var idi, burun sümüklərim bayıra doğru çıxırdı.

Həkim həmin sümükləri götürərkən qığırdağı da kəsib. Həyatımın ən çətin anlarını yaşadım. Ora-buramdan bir şeylər alınıb burnuma əlavə olundu. İndən belə burnumu estetik etdirməyəcəm. Yoruldum”, - deyə Murad qeyd edib.

Bundan sonra sənətçi qolundakı döyməni babasına görə etdirdiyini deyib: “Qolumdakı “Dalkılıç” döyməsinin mənim üçün özəl anlamı var. Mərhum babam həmişə deyərdi ki, adınıza sahib çıxın. Babam həyatımda özəl yeri olan biridir. Onu itirdikdən sonra bu döyməni etdirdim. Mənə çox irad bildirdilər, söylədilər ki, qolundan sildir və yaxud dəyişdir. Amma mən heç vaxt bunu etməyəcəm”.