“Qafqazinfo”nun məlumatına görə, söz və musiqisi ifaçının özünə məxsus mahnıya Cəlal Kəngərli ekran həyatı verib.
İfaçı yeni yaradıcılıq işi haqda təəssüratlarını bölüşüb:
“"İn şa Allah" mahnısına çəkilən klip çox iddialı, rəngarəng, dinamikdir, mahnının coşqusunu tamamilə çatdırır. Elə rejissor da gənc və çox iddialıdır. Azərbaycanda da Kral Tv, Ru Tv səviyyəsində milli istehsal olan kliplər çəkilir. Mən Cəlal Kəngərlini özüm üçün kəşf etdim. Bu klip vasitəsilə onu hər kəsə kəşf etdirəcəm. Çəkilişlər dinamik və pozitiv bir abu-havada keçdi. Bütün yaradıcı heyəti, başda rejissor olmaqla, stilist-vizajisti Aynur Ağabəyova (Akina) və "Crazy Eyes" rəqs qrupuna təşəkkür edirəm. Bunu əminliklə əlavə edim ki, klip də mahnı kimi hit olacaq".
Qeyd edək ki, M. Arif "İn şa Allah" mahnısına çəkilən klipi iyulun 6 da dostları üçün təqdim edəcək. Daha sonra isə tamaşaçıların ixtiyarına veriləcək.
Könül
Son xəbərlər
Son Xəbərlər