Bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb.
“Mənim həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur-red.) setkasına cumur, yaxınlaşanlara hücum edirdi...”.
“Belə məqamlarda hara zəng edək, gəlib aparsınlar zooparka filan? Birdən yenə gələr... İstəmirəm ki, kiminsə əlinə düşsün, həyətində saxlasın... Heyifdi”, - deyə o, sözlərinə əlavə edib.
***
DİN-in yaydığı məlumata görə, bu gün Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib. Dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər