Murad “bayıra çıxın, evdə oturmayın” dedi, tənqid olundu

murad-bayira-cixin-evde-oturmayin-dedi-tenqid-olundu
Oxunma sayı: 2793

Türkiyənin məşhur müğənnisi Murad Boz müzakirələrə səbəb olan addım atıb.

“Qafqazinfo” xəbər verir ki, bir çox məşhur simalar koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə evdən bayıra çıxmadığı halda, Murad küçədən fotolar paylaşaraq hər kəsi gəzməyə dəvət edib.

“Çətin günlər keçiririk, amma özünüzü evə həbs etməyin. Hava gözəl olduğu üçün bayıra çıxın. İdmanımı açıq havada edəcəm, siz də bayıra çıxın, evdə oturmayın”, - deyə Murad bildirib.

Sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə üzləşən sənətçi daha sonra instaqramda canlı yayıma girərək deyib ki, Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına əməl etmək lazımdır:

“Məcbur olmadığınız halda bayıra çıxmayın. Mən nazirliyin xəbərdarlıqlarına əməl edirəm”.