Murad Omarov Bakı Mühəndislik Universitetində olub

Murad Omarov Bakı Mühəndislik Universitetində olub
Oxunma sayı: 776

Ukraynanın Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, professor Murad Omarov Bakı Mühəndislik Universitetində (BMU) olub.

"Qafqazinfo" xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov iki ali təhsil ocağının əməkdaşlıq məsələlərinə toxunub. Rektor qonağa BMU-nun fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi və akademik kadr potensialı, beynəlxalq əlaqələri, inkişaf strategiyası barədə ətraflı məlumat verib.

Professor M.Omarov təmsil etdiyi universitet haqqında, eləcə də BMU ilə əməkdaşlıq imkanlarından bəhs edib. Bildirib ki, Xarkov Milli Radioelektronika Universitetində 8000 tələbə təhsil alır. Onlardan 1000-ə yaxın tələbə 50 ölkədən olan xarici tələbələrdir. Tədris rus, ukrayna və ingilis dillərində aparılır. O, BMU ilə birlikdə tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildirib.

Görüşdə magistr pilləsi üzrə BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı üzrə memorandumun imzalanması barədə fikir mübadiləsi aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi