Muradı görən Aslı restoranı tərk etdi - Fotolar

muradi-goren-asli-restorani-terk-etdi
Oxunma sayı: 7081

Aktrisa Aslı Envər Quruçeşmədə məkanların birində şam edib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, məkandan İnstaqram paylaşımı edən aktrisa gözləmədiyi sürprizlə qarşılaşıb. Postun yayımlanmasından 20 dəqiqə sonra məkana Aslının keçmiş sevgilisi, müğənni Murad Boz gəlib. Dərhal restoranı tərk edən Aslı paparassiləri görüncə telefonunu əlinə götürüb.

Jurnalistin “Murad Boz gəldiyi üçün restoranı tərk etdiniz” sualına “Danışmaq istəmirəm” cavabını verib.