Muradla Hadisə “O səs Türkiyə”dən gedir

muradla-hadise-o-ses-turkiyeden-gedir
Oxunma sayı: 4227

İki pop ulduz: Murad Bozla Hadisə “O səs Türkiyə”nin münsifi olmayacaqlar. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunub ki, məlumat Acun Ilıcalının “jürilər dəyişəcək” açıqlamasından sonra sənətçilərin instaqram paylaşımları nəticəsində ortaya çıxıb.

Onlar paylaşdıqları “O səs” fotoları ilə ayrılıq mesajı veriblər. Digər münsiflər: Seda Sayan və Bəyazit Öztürkün yarışmada yer alıb-almayacağı məlum deyil.