Murat Bozdan ayrılıq açıqlaması

murat-bozdan-ayriliq-aciqlamasi
Oxunma sayı: 1021

Türkiyəli müğənni Murat Boz “İşte benim stilim” verilişinin iştirakçıları Bahar-Nihal Candan bacıları ilə aparıcı Eser Yenenlerin villasında əyləndiyi və buna görə də sevgilisi, aktrisa Aslı Enver ilə ayrıldıqları ilə bağlı xəbərə ilk dəfə münasibət bildirib. 

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, sənətçi bütün iddia və xəbərlərin əsassız olduğunu söyləyib.

“Bunların heç biri doğru deyil. Sizcə belə bir şey ola bilərmi?”, - deyə M. Boz bildirib.

Müğənni A. Enverlə xəyanətə görə ayrıldıqları ilə bağlı informasiyanı təkzib edib: “Evimiz, yerimiz bəllidir. Hər şey təmamilə şişirdilib. Elə bir şey yoxdur”.