Murat Tarkanı zirvədən endirdi

murat-tarkani-zirveden-endirdi
Oxunma sayı: 3414

Tarkanın 6 il vokalistliyini edən Murat Boz onu zirvədən endirməyi bacarıb. 

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki,  "Tarkanın vokalisti" imicindən sıyrılmağı bacaran Bozun 8 aprel tarixində çıxardığı “Janti” adlanan albomu yeni bir rekord qırıb.

Klip “Youtube”də təxminən 10 milyon 179 min insan tərəfindən dinlənilib.

Tarkanın “Veda busesi” albomunu isə 1 milyon 300 min nəfər izləyib.

Murat Bozun albomu və mahnıları “iTunes”də də ən çox yüklənənlər sırasında birinci yerdə qərarlaşıb.