Birlikdə çəkildikləri “Qardaşım mənim” (“Kardeşim benim”) filmindən sonra sevgi münasibətlərinə başlayan müğənni Murat Bozla aktrisa Aslı Enverin “İnstagram”da paylaşdıqları şəkil rekord qırıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ilk dəfə şəkillərini “İnstagram” səhifələrində paylaşan cütlüyün fotosuna M. Bozun (3 milyondan çox izləyicisi var) səhifəsində 3 gün ərzində 392 min 137 “like”, 53 min 775 şərh gəlib.
A. Enverin “İnstagram” səhifəsində (615 mindən çox izləyicisi var) isə 203 min 632 “like”, 17 min 872 şərh gəlib.

Son xəbərlər
Son Xəbərlər