Murov aşırımında avtomobil aşdı - Foto

murov-asiriminda-avtomobil-asdi
Oxunma sayı: 3076

Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşları dərhal hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, yük maşını idarəetməni itirərək aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.