Murovdağ tuneli belə olacaq - Video

murovdag-tuneli-bele-olacaq
Oxunma sayı: 3846

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi (AAYDA) Murovdağ tunelinin tikintisi ilə bağlı videoçarx hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.

Bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.

Həmçinin oxuyun: Arvadını baltalamaq istəyən şəxs - “Polis onunla kobud danışırdı”