Murovdağda piyadanı vurub qaçan saxlanıldı

murovdagda-piyadani-vurub-qacan-saxlanildi
Oxunma sayı: 1117

Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 8-də saat 21 radələrində qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini M.İsgəndərov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov saxlanılıb.