Mürsəl İbrahimov Şəmkirdə vətəndaşları qəbul etdi - Fotolar

mursel-ibrahimov-semkirde-vetendaslari-qebul-etdi
Oxunma sayı: 3003

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov bu gün Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbulda 21 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının təkrar tibbi şəhadətləndirilməsi, Vətən müharibəsində şəxsi nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi, şəhid adının əbədiləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilməsi məqsədilə qeydiyyata alınıb və müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.