“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki,Ramadam Müsəlman Qardaşları təşkilatının üzvü olmayıb. Lakin prezident Morsinin devrilməsindən sonra islamçıların aksiyalarından birində təşkilatın bayrağını gəzdirərkən nəzərə çarpıb.
Ona qarşı ittiham iğtişaşlar zamanı iki yeniyetmənin qətlə yetirilməsilə bağlı olub.
Prezident Məhəmməd Morsi 2013-cü ilin iyul ayında hərbçilərin müdaxiləsindən sonra hakimiyyətdən devrilərək həbsə alınıb.
Onun başçılıq etdiyi Müsəlman Qardaşlarının fəaliyyəti terrorçu təşkilat kimi qadağan edilib. Misir məhkəmələri təşkilatın tərəfdarı olduğu iddia edilən yüzlərlə fəala ölüm cəzası kəsib.
Bu hökmlər insan hüquqları müdafiəçiləri və xarici hökumətlər tərəfindən tənqidlə qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər