“Space” tv-də bu gün yayımlanan “Günaydın” verilişində Musa Musayev və həyat yoldaşı Təranə Qumral prodüser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Tərəflər bir-birilərini sərt şəkildə ittiham ediblər. Verilişdən sonra müğənni Təranə Qumral şəxsi həyatının gündəmə gətirdiyinə görə, verilişi hazırlayanları, eləcə də Təranə Səmədovanı məhkəməyə verəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, prodüser Təranə Səmədova isə AzNews.az-a açıqlamasında bildirib ki, onun barəsində adıçəkilən şəxsin məhkəməyə müraciət etməsindən narahat deyil:

“Yalnız məhkəməyə deyil, Ombudsmana, yaxşı bir hüquqşünasa, eyni zamanda psixoloqa, nevropotoloqa da müraciət etsinlər”. T. Səmədova qeyd edib ki, məhkəməyə şikayət etmək hər bir kəsin haqqıdır: “Sadəcə, kimə, nəyi sübut etməyə çalışırlar? Gülməlisi budur”.
Son xəbərlər
Son Xəbərlər