Musa Qurbanlının viza problemi həll edildi - Sabah oynaya bilər

musa-qurbanlinin-viza-problemi-hell-edildi
Oxunma sayı: 1733

İsveçin “Yurqarden” klubuna transfer olunan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının işçi vizası problemi həll edilib.

Bu barədə “Qafqazinfo”ya klubun idman direktoru Bosse Anderson məlumat verib.

Həmçinin oxuyun: “За квартиру площадью 90 м² от нас требуют компенсацию в размере 1 200 000 манатов”

O bildirib ki, Musa ölkə çempionatının 17-ci turunda keçiriləcək “Elfsborq”la mərkəzi matçda oynamağa hazırdır: “Məşqçinin şans verəcəyi halda Qurbanlı meydana çıxacaq”.

Qeyd edək ki, iyulun 22-i olacaq sözügedən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.