Musa Yaqubun dəfn olunacağı yer açıqlandı

musa-yaqubun-defn-olunacagi-yer-aciqlandi
Oxunma sayı: 4156

Xalq şairi Musa Yaqubun dəfn olunacağı yer müəyyənləşib.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mərhum şairin vəsiyyətinə riayət olunaraq o, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, Musa Yaqub hələ sağ ikən Buynuz kəndində xanımın yanında dəfn olunması barədə vəsiyyət edib. 

Xatıərladaq ki, Xalq şairi gecə 84 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.