“Qafqazinfo” xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və TİKA-nın təşkilatçılığı, İstanbul Türk Ocaqları, Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə "Əlibəy Hüseynzadə və Türk Dünyası Birliyi Düşüncəsi" adlı konfrans və Əlibəy Hüseynzadəyə həsr olunmuş məktəblilər arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirin açılşında çıxış edən tədbirin təşkilatçılarından olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva Əlibəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncamına görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və deyib ki, keçirilən tədbirlərdə də məqsəd Əlibəy Hüseynzadə irsinin gənc nəsillərə daha geniş tanıdılması məqsədi daşıyır. Millət vəkili Qənirə Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olduğunu qeyd etdi. “Əli bəy Hüseyinzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”. Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Azərbaycanla bərabər Türkiyə gəncliyinin də Əlibəy Hüseynzadə irsini daha yaxından tanımaları istiqamətində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin İstanbul, Bolu, Karabük Türk Ocaqları, Giresun Universiteti ilə birlikdə Türkiyənin müxtəlif bölgələrində də tədbirlər təşkil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu gün Türkiyədən gəlmiş 20-ə yaxın dəyərli alim, ədəbiyyatçı, jurnalistlə birgə ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi "Bir millət iki dövlət" düşüncəsi ilə bu tədbirin keçirilməsinin vacibliyini və gənclərimiz üçün önəmli mesaj olduğunu vurğulayıb və onları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər