Müsabiqədə qalib gələn BANM tələbələri mükafatlandırıldı - Fotolar

musabiqede-qalib-gelen-banm-telebeleri-mukafatlandirildi
Oxunma sayı: 1919

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu müsabiqənin keçirilməsində əsas məqsədin ulu öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsi olduğunu bildirib.

Sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qalib tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Belə müsabiqələrin tələbələrin gələcək həyatında xüsusi əhəmiyyətindən danışıb.

Daha sonra qaliblər mükafatlandırılıb. I yerin qalibləri “Olympus” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Tamerlan Ağayev və Əkbər Bünyadzadə olub. III yerin qalibləri də BANM tələbələridir. Onlar “Cücələrim” təqdimatı ilə Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyevadır.