Müsadirə edilmiş 25 milyonluq əmlak hərraca çıxarılır - Foto

musadire-edilmis-25-milyonluq-emlak-herraca-cixarilir
Oxunma sayı: 4524

Xüsusi müsadirə edilmiş əmlak kompleksi (avadanlıqları ilə birlikdə) satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. Qeyd edilib ki, satış sentybarın 1-i saat 11:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək növbəti hərracda baş tutacaq.

25 milyon 890 min manat start qiyməti ilə hərraca çıxarılacaq əmlak Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1 ünvanında yerləşir.