Müşahidə Şurasının tərkibi dəyişəcək - “Kapital Bank”da

musahide-surasinin-terkibi-deyisecek
Oxunma sayı: 1771

Aprelin 4-də , saat 11.00-da İzmir Plazada (İzmir küçəsi, 23/25) “Kapital Bank”ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, toplantıdakı əsas məsələ “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsidir.

Gündəlikdəki digər məsələlər isə aşağıdakılardır:

- “Kapital Bank” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq
edilməsi.

- Səhmdarların ümumi yığıncağının çağırılması və keçirilməsi qaydalarının
təsdiq edilməsi.

- Hesablama komissiyası haqqında əsasnamənin təsdiq edilməsi.

- “Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinə əlavə və
dəyişikliklərin edilməsi.

- “Kapital Bank” ASC-nin 2016-cı ilin yekunlarına dair maliyyə
hesabatlarının təsdiq olunması.

-“Kapital Bank” ASC tərəfindən 2016-cı ilin maliyyə ilinin yekunları-
na əsasən səhmdarlara dividend ödənilməsi.