Müsavat 10 saata 2200 manat ödəyəcək

musavat-10-saata-2200-manat-odeyecek
Oxunma sayı: 980


Başqanlığa namizəd Tural Abbaslı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hökümətin təklif etdiyi yerlə danışıqlar aparılır: “Əmircandakı Səttar Bəhlulzadə adına Mədəniyyət evi ilə ilkin danışıqlar başlayıb. Onlar bizdən hər saat üçün 220 manat istəyirlər. Biz sentyabrın 27-ə qədər şadlıq sarayları və digər texniki göstəriciləri uyğun olan obyektlərlə danışıqlar aparacağıq. Əgər uyğun yer tapılmasa yəqin ki, yekun nəticə Əmircan olacaq. Hazırda partiyada müqavilə hazırlanır. Bizim də öz şərtlərimiz var. Bir-iki gün ərzində bu məsələlər öz həllini tapacaq”. 

T.Abbaslı qeyd edib ki, Mədəniyyət Evini 10 saatlıq icarəyə götürəcəklər: “Əmircandakı Mədəniyyət evində bizdən istənilən çox fantastik qiymətlərdir. Buna görə çalışacağıq qurultayı 1 günə yekunlaşdıraq. İlkin olaraq 10 saat nəzərdə tutulub”.

Murad Əhməd