28 May – Cümhuriyyət günü münasibəti ilə Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə saat 12.00-da keçiriləcək bayram tədbirinə hazırlıqlarla bağlı məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Müsavat Partiyasının Biləsuvar rayon təşkilatının keçirdiyi 14-cü hesabat-seçki konfransı haqqında Divan üzvü Nemət Kərimlinin məlumatı dinlənilib. N.Kərimlinin verdiyi məlumata görə, konfransda Müsavat Partiyasının rəhbərliyi adından Divan üzvü Nemət Kərimli, MNTK sədri Sevinc Hüseynova, MNTK üzvü Xuraman Bağırova və Müsavat Partiyası başqanının müşaviri Hidayət İsmayılov iştirak edib. Konfrans növbəti iki il üçün rayon təşkilatının sədrini, sərbəst Şura üzvlərini və NTK üzvlərini seçib, Nizamnaməyə əsasən seçkili orqanlarını formalaşdırıb və noyabrda keçiriləcək parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən Yusif Mehdinin Müsavat Partiyası adından deputatlığa namizəd kimi irəli sürülməsi haqda Müsavat Partiyasının Məclisinə təklif edilməsini qərarlaşdırıb.
21-22 may 2015-ci il tarixdə keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün Riqa Sammiti haqqında müzakirələr aparıb. Azərbaycan hakimiyyətinin sammitdə ən yüksək səviyyədə təmsil edilməməsi uğursuz siyasi addım kimi qiymətləndirilib.
Son xəbərlər
Son Xəbərlər