Müsavat 80 dairədən seçkiyə qatılacaq – - Divanın qərarı

musavat-80-daireden-seckiye-qatilacaq-
Oxunma sayı: 745


Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, partiya rəhbərliyi nümayəndələrinin iştirakı ilə keçirilən Suraxanı, Füzuli, Şirvan təşkilatlarında olan  toplantılar barədə məlumat verilib. Həmçinin Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılın davam edən məhkəmələri, bu proseslərdə baş verənlər barədə məlumatlar dinlənilib. 

Hər iki məhkəmənin faktiki olaraq qapalı keçirilməsi, Müsavat başqanı və digər ictimai fəalların, jurnalistlərin məhkəməyə buraxılmaması kobud qanun pozuntusu və hakimiyyətin məhkəmələri siyasi nəzarətdə saxlaması kimi qiymətləndirilib.

Jurnalist  Rasim Əliyevin sosial şəbəkədə yazdığı tənqidi fikirlərə  görə döyülərək qətlə yetirilməsi söz azadlığına qarşı dözümsüzlüyün növbəti nümunəsi, ölkədəki qanunsuzluğun, özbaşınalığın nəticəsi kimi dəyərləndirilib. 

Məsələnin ciddiliyini nəzərə alaraq Rasim Əliyevin qətlə yetirilməsi ilə baglı Divan adından ayrıca bəyanat verilməsi qərara alınıb.

Divanda  Parlament seçkiləri, bu seçkilərə  hazırlıqla bağlı görülən işlər barədə  geniş müzakirələr aparılıb. 80-dək seçki dairəsi üzrə namizədliyini irəli sürmək niyyətində olan  partiya üzvlərinin siyahısı  haqda məlumat verilib. İki həftə ərzində  seçki dairələri üzrə namizədlərin ilkin siyahısının müəyyənləşməsinin yekunlaşdırılması haqda tapşırıq verilib. 

Seçkilərdə iştirak edəcək namizədlərin siyahısının müzakirəsi və təsdiqi üçün 29 avqust tarixdə  partiya Məclisinin növbədənkənar sessiyasının  çağırılması barədə qərar qəbul edilib.

“Qafqazinfo”