Müsavat anım tədbiri keçirəcək

musavat-anim-tedbiri-kecirecek
Oxunma sayı: 1015


“Qafqazinfo”ya daxil olan məlumata görə, divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə partiya rəhbərliyinin iştirakı ilə siyasi məhbuslar Tofiq Yaqublu, Sirac və Fərəc Kərimli qardaşları və Yadigar Sadıqovun ailələrinin ziyarət edilməsi haqqında məlumat verilib və siyasi məhbus ailələrinə diqqətin davamlı olması məqsədəuyğun hesab olunub. Yığıncaqda Yeni il ərəfəsində verilən əfv fərmanı ilə azadlığa çıxan insanlara, xüsusilə siyasi məhbuslara təbrik səsləndirilib, bu əfv fərmanının yarımçıq olduğu və problemin həlli olmadığı qeyd edilib. Divanda Müsavat Partiyasının 2015-ci il Fəaliyyət İstiqamətlərində əks olunan parlament seçkilərində iştirak, seçki islahatlarının əsas elementlərinin müəyyənləşdirilməsi, seçki komissiyalarının hakimiyyətin nəzarətindən çıxarılması, seçki günü birgə müşahidənin təşkil olunması istiqamətində siyasi partiyalarla məsləhətləşmələrin aparılması istiqamətində müzakirələrə başlanılıb və bu müzakirələrin davam etdirilməsi məqsədəuyğun hesab edilib. Yığıncaqda rayon (şəhər) təşkilatlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.  Divan 19 yanvar 2015-ci il tarixində saat 16.00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında 20 yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı anım tədbirinin keçirilməsi haqqında qərar qəbul edib.