Müsavat AXCP üzvünün həbsini pislədi

musavat-axcp-uzvunun-hebsini-pisledi
Oxunma sayı: 872


“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda bu ayın sonunda partiyanın yerli strukturlarının iştirakı ilə zona müşavirələrinin keçirilməsi qərara alınıb. Hakimiyyətin siyasi partiyalarla əlaqələrin qurulması istiqamətindəki son  təşəbbüsləri müsbət qiymətləndirilib. Eyni zamanda müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırıldığı halda partiyanın bu prosesdə iştirakı mümkün hesab edilib. Fevralı 26-da Xocalı soyqırımı ilə əlaqədar “Ana fəryadı” abidəsinin ziyarət olunması barədə qərar qəbul edilib. Müsavat Partiyası başqanının müavin, vicdan məhbusu Yadigar Sadıqlının tam müalicə kursu keçmədən, qanunsuz olaraq tibbi müəssisədən cəzaçəkmə müəssisəsinə qaytarılmasının siyasi xarakterli olduğu qeyd edilib. Elgiz Sadıqlının və AXCP üzvü Qadir Xudabaxşıyevin müəmmalı ittihamlarla həbsi pislənilib.