Müsavat Bakı meriyasından narazıdır

musavat-baki-meriyasindan-narazidir
Oxunma sayı: 854


O qeyd edib ki, bu gün rəsmi cavab məktubunu almaq üçün BŞİH-nin qəbul otağında olub: “Mənə bildirdilər ki, mətbuat vasitəsilə yürüşlə bağlı müraciətinizə münasibət bildirmişik. Sizə rəsmi şəkildə cavab məktubu verilməyəcək. Müsavat Partiyası bununla bağlı rəsmi mövqeyini yaxın günlərdə açıqlayacaq”.

Qeyd edək ki, Müsavat Partiyası aprelin 19-da yürüş-mitinq keçirməklə bağlı BŞİH-nə müraciət ünvanlamışdı. BŞİH isə yürrüşə razılıq verilməsinin mümkün olmadığını bildirib. Buna səbəb kimi həmin ərazidə təmir-tikinti işlərinin gedişi və nəqliyyatın hərəkətinin intensivliyi göstərilib. 

Günel Türksoy