Müsavat bələdiyyə seçkilərində iştirak edəcək

musavat-belediyye-seckilerinde-istirak-edecek
Oxunma sayı: 1241


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə,  Məclisin qəbul etdiyi qərarlar aşağıdakı kimidir:

1. Müsavat Partiyası 2014-cü il dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi qərara alır.

2. Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakı ilə əlaqədar sənədlərin və təlimatların hazırlanması partiyanın Seçki Departamentinə və müvafiq strukturlarına, bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin siyahılarının müəyyənləşdirilməsi partiyanın rayon təşkilatlarına tapşırılsın.

3. Proporsional seçki sisteminin tətbiqi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki komissiyalarının və oradakı vəzifələrin paritet əsaslarla yaradılması, namizədlərin qeydə alınması prosedurlarının yüngülləşdirilməsi, namizədlərin qeydə alınması üçün depozitin tətbiq olunması, seçki kampaniyası dövründə namizədlərə bərabər təbliğat şəraitinin yaradılması, təbliğat dövrünün artırılması, bələdiyyələrin statusu haqqında qanunun təkmilləşdirilməsi, böyük şəhər bələdiyyələrinin yaradılması, bələdiyyə sədrlərinin birbaşa seçki yolu ilə seçilməsi məsələlərinin hakimiyyət qarşısında ardıcıl və israrlı olaraq qaldırılması və bu hədəflərə yönəlik fəaliyyət seçki ilində partiyanın əsas prioritetlərindən biri hesab edilsin.

4. Beynəlxalq təşkilatlara bələdiyyə seçkilərinin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara cavab verməsini təmin etmək üçün səylərinin artırılması ilə bağlı müraciət ünvanlansın.