“Qafqazinfo” ya daxil olan bəyanatda bildirilir ki, Şuşanın işğal günü – hakimiyyətin isə Gül bayramı ərəfəsində hüquq-mühafizə orqanları öz xislətlərinə sadiq qalaraq, işğal gününün unutdurulması istiqamətində növbəti haqsızlıqlara imza atıb. 6 may tarixində NİDA Vətəndaş Hərəkatının 8 üzvünə üst-üstə 59 il həbs cəzası verən məhkəmənin qərarına dinc yolla etirazını bildirən 30-a yaxın vətəndaşın saxlanılaraq polis bölmələrinə aparılması, 7 may tarixində isə saxlanılanlardan Tural Abbaslıya 15 sutka, Kəmalə Xəlilovaya 30 sutka, Şəfi Şəfiyevə 15 sutka, Orxan Eyyubzadəyə 20 sutka və Hacı Zeynallıya 15 sutka həbs cəzasının verilməsi, bir neçə gəncin 300 manatdan 600 manata qədər cərimə edilməsi qeyd olunanların təsdiqidir. Saxlanılanlar arasında olan Kəmalə Xəlilovanın Nəsimi rayon polis idarəsində fiziki təzyiqlərə məruz qoyulması hüquq-mühafizə orqanlarının qanunlarla idarə olunmamasını sübut edir. Müsavat Partiyası günahsız həbs edilən NİDA-çı gənc fəalların və bu həbsə dinc etirazda iştirak etdiklərinə görə həbs olunan vətəndaşların azadlığa buraxılmasını, polis bölməsində saxlanılanlata fiziki təzyiq göstərən şəxslərin aydınlaşdırılaraq, qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir.
Son xəbərlər
Son Xəbərlər