Müsavat bu rayonlarda zona müşavirəsi keçirib

musavat-bu-rayonlarda-zona-musaviresi-kecirib
Oxunma sayı: 680


”Qafqazinfo”ya daxil olan məlumata görə, mart ayının əvvəllərindən partiya rəhbərliyinin nümayəndələrinin iştirakı ilə belə müşavirələr Şəki, Siyəzən, Cəlilabad, Şamaxı, Göyçay, Şirvan, İmişli, Gəncə, Agstafa, Salyan, Neftçala şəhərlərində keçirilib. Zona müşavirələrində Müsavat Partiyası Məclisinin 25 dekabr tarixli toplantısında qəbul edilən “2015-ci il üçün Müsavat Partiyasının Fəaliyyət İstiqamətləri” haqda sənəddə qəbul olunan vəzifələrin həyata keçirilməsinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib. Parlament seçkilərinə hazırlıq çərçivəsində rayon (şəhər) təşkilatlarnın dislokasiyasına daxil olan seçki dairələrindən irəli sürüləcək namizədlərin müəyyən edilməsi, təbliğat kampaniyası dövründə fəaliyyət göstərəcək təbliğatçıların, seçki günü seçkiləri müşahidə edəcək müşahidəçilərin və məntəqə və dairə seçki komissiyalarına təqdim olunacaq komissiya üzvlərinin, həmçinin deputatlığa namizədlər üçün imza toplayacaq nümayəndələrin siyahılarının hazırlanaraq Təşkilat Deparlamentinə təqdim edilməsi və başqa məsələlərə dair tapşırıqlar verilib. Bu tapşırıqların 6 həftə ərzində icra olunması haqda Divanın qərarı rayon (şəhər) təşkilatı rəhbərlərinin diqqətinə çatdırılıb.