Müsavat da açıqlama yaydı

musavat-da-aciqlama-yaydi
Oxunma sayı: 1198

Müsavat Partiyası Almaniya Bundestaqının uydurma erməni soyqırımının tanınması qərarı haqda açıqlama yayıb.

Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, 2 iyun 2016-cı il tarixdə Almaniya Bundestaqı 1915-ci il hadisələri zamanı baş verənləri erməni iddialarına əsaslanmaqla “soyqırım” kimi tanınması haqda qərar qəbul edib. Qərararın nəticəsi kimi “erməni və digər xristian etniklərin soyqırımı” Almaniyanın məktəb proqramının tarix dərsliklərinə salınacaq.

1948-ci ildə qəbul edilmiş BMT tərəfindən soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması Konvensiyasının (SSƏCS) 2-ci maddəsi soyqırımı milli, etnik, irqi və ya dini bir qrupun bütününün, ya da bir hissəsinin məhv edilməsi niyyəti ilə baş verən hərəkətlərdən hər hansı biri kimi tövsif edir, qrupun üzvlərinin öldürülməsi, qrupun üzvlərinə ciddi fiziki və ya zehni ziyan verilməsi, toplu qətletmə, bir qrupun yox edilməsinə çalışmaq və s. Osmanlı hökumətinin 1915-ci il hadisələri zamanı nə ermənilərin öldürülməsini planlaşdırılması haqqında, nə də belə məqsədi və hərəkətləri barədə heç bir sübut yoxdur.

İndiyə qədər olan beynəlxalq soyqırım mühakimələri Ruanda və Bosniya soyqırımıdır. Bu mühakimələr parlamentlərdə siyasi yanaşmalarla verilən qərarlarla yox, sənədlərə və sübutlara əsasən, xüsusi yaradılmış məhkəmələrdə aparılan araşdırmaların nəticəsində qətiləşib.

Müsavat Partiyası Almaniya Bundestaqının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması haqda faktlara əsaslanaraq qəbul etdiyi qətnaməsini məmnuniyyətlə xatırladığını bildirməklə yanaşı, Bundestaqın soyqırımla bağlı qərarını Avropanın Şərqə doğru genişlənmə stratejisinə zərbə, Qafqaz regionunda ölkələrarası münasibətlərin yaxşılaşması imkanlarını daha da çətinləşdirən bir hadisə kimi pisləyir və bu qərara etirazını bildirir.