“Yeni Müsavat”a açıqlamasında A.Hacılı deyib ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatı son vaxtlar öz fəaliyyətini genişləndirib, partiya strukturlarının möhkəmlənməsi istiqamətində ciddi iş aparır. Görünür, Mərkəzi İcra Aparatının bu istiqamətdə fəaliyyəti kimlərisə narahat edir. Ona görə Mərkəzi İcra Aparatının daxilində hansısa intiriqalar yaratmağa çalışırlar: “Yəqin ki, bu hərəkətin arxasında kimlərin dayandığını müəyyənləşdirmək çətin olmayacaq”.
Razim Əmiraslanov da onun adından yazılanların intriqa yaratmağa xidmət edən təxribat olduğunu bildirdi: “Bu, təxribatdır və mənim yazı stilim də elə deyil. Mənim adıma saxta profil yaradıblar, bununla da mənə qarşı ləyaqətsiz, şərəfsiz hərəkət ediblər. Bu, eyni zamanda Müsavata olan hücumun tərkib hissəsidir. Bu təxribat AXCP-dən də gələ bilər, başqa yerdən də”.
Hazırda partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə bölgələrdə səfərdə olduğunu deyən R.Əmiraslanov onlar arasında səmimi münasibətə bəzi dairələrin kölgə salmaq istədiklərini də bildirib: “Mənim Arif bəylə bir yerdə bölgələrə getməyimiz, işlər görməyimiz, görünür, bəzi dairələri qıcıqlandırır. Arif bəylə bizim aramızda olan səmimi münasibətə kölgə salmaq istəyirlər. Biz bilirik ki, bu təxribatın arxasında hansı qüvvələr durur. Yaxın zamanda həmin şərəfsizlər, ləyaqətsiz insanlar ifşa olunacaq. Onların cavabı mütləq veriləcək. Biz Arif bəyin rəhbərliyi altında Müsavat Partiyasında kifayət qədər işlər görəcəyik. Bu da bizi qəbul etməyən insanlara qarşı tutarlı cavab olacaq”.
Son xəbərlər
Son Xəbərlər