Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün keçirilən partiya Məclisinin iclasında çıxış edərkən bildirib. İ.Qəmbər 2015-ci il parlament seçkilərində iştirakı da vacib sayıb: “Parlament seçkiləri uzaqda deyil. Kim kənardan nə deyir-desin, parlament seçkiləri il bağlı da qərarlarımızı müəyyənləşdirməliyik”. Bununla bərabər Müsavat başqanı deyib ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atılması üçün fəaliyyətə ehtiyac var.
İ.Qəmbər partiya qurultayından da bəhs edib: “Biz ən yaxın zamanlarda qurultayın keçirilməsinə nail olmalıyıq. May ayının sonuna nəzərdə tutmuşuq, çatdırmaq mümkündür, amma müvafiq yerin ayrılmaması problem yaradır. Artıq məhkəməyə də müraciət etmişik. Hakimiyyətə təzyiqlərimizi artırmalıyıq ki, bizə yer ayırsın. Sadəcə hakimiyyət istəmir ki, Müsavatın yüksək səviyyəli tədbiri keçirilsin. Həmçinin anlayır ki, bizə normal yer ayrılsa, digər təşkilatlara da o yeri verməyə məcbur olacaq”.
Müsavat başqanı partiya daxilində rəqabətlə bağlı da mesaj verdi: “Müsavat daxilində rəqabət aparanlar dərk etməlidirlər ki, onlar müsavatçıdırlar. Hər bir müsavatçıya vurulan zərbə Müsavata zərbədir”.
İ.Qəmbər ictimai-siyasi vəziyyətə həsr olunmuş geniş məruzəsində Ukrayna hadisələri, Rusiyanın Azərbaycana təhlükəsi, rəsmi Bakının ehtiyatlı siyasəti, ölkədəki siyasi məhbuslar və s. məsələlərlə bağlı çıxış edib, hakimiyyətin ünvanına tənqidlər söyləyib.
musavat.com
Son xəbərlər
Son Xəbərlər