Müsavat Divanı gündəmi müzakirə etdi

musavat-divani-gundemi-muzakire-etdi
Oxunma sayı: 820


“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Leyla Yunusun bu günə təyin olunan məhkəməsi haqqında məlumat verərək məhkəmənin iyulun 15-i saat 10.00-a təxirə salındığını bildirib. Divan siyasi sifarişlə həbs olunan vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi fəalların fədakar müdafiəçiləri, vəkillər – Xalid Bağırovun və Əlayıf Həsənovun hökumətin sifarişinə əsasən qanunsuz məhkəmə qərarları ilə Vəkillər Kollegiyasından xaric edilmələrini siyasi məhbusların müdafiəsini çətinləşdirmək məqsədi daşıdığını, mövcud rejimin repressiv siyasətinin davamı olduğunu, müstəqil vəkillər institutunun məhv edilməsi yönündə atılan növbəti addım kimi dəyərləndirib. İcitmai-siyasi təşkilatları, beynəlxalq insan haqları təşkilatlarını bu məsələyə prinsipial münasibət bildirməyə çağırıb. 

Divan son zamanlar Avropa strukturlarının və ölkələrinin ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edən bir neçə qətnamə və qərarlar qəbul etməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib. Belə bir dövrdə rəsmi Bakının Moskvayla sinxron şəkildə anti-Qərb ritorikasını intevsilləşdirməsini ölkənin milli maraqlarına zərbə kimi qiymətləndirib. Bakı-Supsa kəmərinin bir hissəsinin Gürcüstan ərazisində Rusiyanın nəzarətinə keçməsi ilə bağlı məlumatlar müzakirə edilib, mövzunun ciddi şəkildə araşdırılıb partiya rəhbərliyinə detallı arayış təqdim edilməsi başqan müavini Səxavət Soltanlıya tapşırılıb.