Müsavat Divanı toplandı

musavat-divani-toplandi
Oxunma sayı: 682


“Qafqazinfo”ya daxil olan məlumata görə, öncə Nərgiz Yaqublunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Divanda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı edilən vandalizmlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə məlumat verilib.

Partiya rəhbərliyinin Füzuli, Mingəçevir və Şəkiyə səfərləri barədə məlumat verilib. Suraxanı rayon təşkilatında yaranmış vəziyyət müzakirə edilib.

Ötən həftə baş tutan Çanaqqala zəfəri və qondarma “erməni soyqırımı” tədbirlərinin nəticələri barədə fikir münadiləsi aparılıb.

Divan iclasında Müsavat Partiyasına baş verən ağır itki ilə əlaqədar ölkədaxili və partiyadaxili digər məsələlərin növbəti iclasda müzakirə edilməsi qərara alınıb.