Müsavat Divanı toplandı

musavat-divani-toplandi
Oxunma sayı: 1079

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda fevralın 25-də Şəki Apellyasiya məhkəməsində keçirilən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və “REAL” Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi haqqında partiya başqanının müavini Elman Fəttah məlumat verərək bildirib ki, hakim T.Yaqublu və R.Məmmədovun prosesə gətirilməməsinə əsaslanaraq məhkəməni qeyri-müəyyən vaxta təxirə salıb.

Vəkillər etirazlarını bildiriblər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirində Müsavat Partiyasının iştirakı haqqında məlumat verib. Avropada yaşayan müsavatçıların Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniyada keçirdikləri anım tədbiri də Divan tərəfindən yüksək qiymətləndirilib. Müsavatçı Qadınlar Birliyinin “Böhran və onun fəsadları” mövzusunda keçirdikləri tədbir Divanda geniş müzakirə edilib və tədbirin yüksək səviyyədə keçirildiyi vurğulanıb. Divan cəmiyyət üçün mühüm bir mövzuda keçirilən tədbirə görə Müsavatçı Qadınlar Birliyinin rəhbərliyinə təşəkkür edib.