Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, Müsavat Partiyasının qərargahında ekspertlərin, mütəxəsislərin, partiya fəalları ilə “Qarabağ savaşının 2 aprel mərhələsi: qazandıqlarımız və itirdiklərimiz” mövzusunda keçirilmiş Dəyimi masa müzakirə edilib.
Divan üzvləri Tofiq Yaqublunun 15 apreldə Baş Prokurorun birinci müavini Rüstəm Usubovun qəbuluna çağırılaraq ona səsləndirdiyi fikirlərinə görə xəbərdarlıq edilməsi ifadə azadlığının pozulması kimi qiymətləndirilib, bu hərəkətlərin qanunsuzluğu qeyd edilib.
İclasda Xaçmaz rayonunda pir və ziyarətgahlara qarşı edilmiş vandallığa kəskin etiraz bildirilib, bu hadisə vicdan azadlığın pozulması kimi qiymətləndirilib, hüquq-mühafizə orqanlarından cinayətin araşdırılmasını tələb edilib.
Son xəbərlər
Son Xəbərlər