Şəki Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və İsmayıllı hadisələrinə görə təqsirləndirilən digər şəxslərin, Bakı şəhərində Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin, Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmələrində iştirak haqqında məlumat verilib. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəmə qərarından Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verildiyi qeyd edilib. Toplantıda siyasi məhbusların üzərində məhkəmə iclaslarının bundan sonra da diqqətdə saxlanılması tövsiyə edilib.
Partiyanın Divanı Təbriz şəhərinin “Traktor” futbol komandasının İran kubokunu alması münasibəti ilə komandanın azarkeşləri və soydaşlarımızı təbrik edib.
Yığıncaqda Bakı şəhərinin “Sovetski” adlanan ərazisinin sökülməsi planı ilə bağlı insanlar arasında yaranan narahatlıq müzakirə edilib. Hakimiyyətdən insanların mülkiyyət hüququnun qorunması, söküntü gerçəkləşəcəyi halda buradan köçürüləcək əhaliyə bazar qiymətləri səviyyəsində kompensasiya ödənilməsi tələb edilib.
Son xəbərlər
Son Xəbərlər