Neftçala, Gəncə, Ağstafa, Şirvan, İmişli şəhərlərində keçirilən 15 rayon təşkilatını əhatə edən zona müşavirələri barədə Divan üzvləri Gülağa Aslanlı, Vəfa Cümşüdlü, Başxanım Abbaslı, Elman Fəttah və Səxavət Soltanlı məlumat veriblər. Divan zona müşavirələrinin nəticələrini müsbət qiymətləndirib.
Naxçıvan Muxtar Respublikasında partiyanın rayon təşkilatları ilə bağlı ümumi müzakirələr keçirilərək, diqqətdə saxlanılması Təşkilat Departamentinə tapşırılıb.
Divanda dünyada və ölkəmizdə gedən ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Divan Milli Şuranın 15 marta təyin etdiyi mitinqdə müsavatçıların iştirakı məsələsi sərbəst buraxılması haqda qərar qəbul edib.
Son xəbərlər
Son Xəbərlər