Müsavat Divanının növbəti iclası

musavat-divaninin-novbeti-iclasi
Oxunma sayı: 664


“Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda Müsavat Partiyasının başqanı Arif Hacılının Brüsseldə Avropa İttifaqının dəvəti ilə “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransı haqqında məlumat verilib. 

Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü ilə bağlı Fəxri Xiyabanda keçirilən anım tədbiri müzakirə olunub. 4 iyul 2015-ci ildə saat 11:00-da partiyanın mərkəzi qərargahında keçiriləcək Məclisin növbəti yığıncağı ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Məclisin komissiyalarının yaradılmasının zəruriliyi qeyd olunub, Məclisin gündəliyinin layihəsi müəyyən edilib. 

Yığıncaqda vicdan məhbuslarının beynəlxalq müdafiəsinin təşkilinin gücləndirilməsinin zəruriliyi qeyd edilib.